...

Bakıda yaşayış binasında partlayış baş verib

Hadisə Materials 7 Yanvar 2013 08:40 (UTC +04:00)
Bazar günü Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib.
Bakıda yaşayış binasında partlayış baş verib

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Bazar günü Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilində partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılmış, hadisə zamanı evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış, yanğın hadisəsi olmamışdır. Yaralı xəstəxanaya aparılmışdır.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:54-də başa çatmışdır.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti