Azərbaycan, Bakı, 8 yanvar / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Bolu vilayətində baş vermiş yol qəzasında yaralananların sayı 36-ya çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Yeni Şəfəq" qəzeti xəbər yayıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Çərşənbə axşamı Türkiyənin Bolu vilayətində sərnişin avtobusu qarla örtülü yolda idarəetməni itirərək aşıb.
Bundan əvvəl bir sərnişinin öldüyü barədə məlumat verilmişdi.
Faktla bağlı təhqiqata başlanılıb.