...

Xaçmazda 2 qadın dəm qazından zəhərlənib

Hadisə Materials 10 Yanvar 2013 10:38 (UTC +04:00)
Onlar dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xaçmazda 2 qadın dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Xaçmazda 2 qadın dəm qazından zəhərlənib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda dəm
qazından zəhərlənmə faktı qeydə alınıb. Rayonun Nərəcan kənd sakinləri 49 yaşlı Xanbabayeva Hilalə Həsən qızı və 50 yaşlı Qasımova Səmayə Əfsər qızı hamamda dəm qazından zəhərləniblər.

Onlar dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, hazırda
onların vəziyyətində yaxşılaşma müşahidə olunur. Zəhərlənən qadınların qohum olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti