...

Bakıda keçmiş məhkumlar bir-birini bıçaqladılar, bir nəfər öldü

Hadisə Materials 12 Yanvar 2013 11:29 (UTC +04:00)
Bakı Şəhər Baş Poils İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-i saat 19:00 radələrində əvvəllər məhkum olunmuş şəxslər bir-birini bıçaqlayıblar.
Bakıda keçmiş məhkumlar bir-birini bıçaqladılar, bir nəfər öldü

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda iki keçmiş məhkum bir-birini bıçaqlayıb, onlardan biri dünyasını dəyişib.

Bakı Şəhər Baş Poils İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 11-i saat 19:00 radələrində əvvəllər məhkum olunmuş şəxslər bir-birini bıçaqlayıblar.

Balaxanı qəsəbə sakini Telman Sultanov həmin qəsəbədə P.Məmməd küçəsində yaşayan Ramil Əliyevin evinə gələrək ona bıçaqla xəsarət yetirib. Bıçağı onun əlindən alan R.Əliyev də T.Sultanova xəsarət yetirib. Sultanov aldığı bıçaq zərbələrindən hadisə yerindəcə ölüb.

3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım alan R.Əliyev isə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti