...

Mingəçevirdə polisin xidməti avtomobilini vurdular

Hadisə Materials 12 Yanvar 2013 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Mingəçevirdə polisin xidməti avtomobilini vurublar.

Trend EL TV-yə istinadən xəbər verir ki, yanvarın 11-i axşam saat 20:00 radələrində Mingəçevir şəhərinin Xaldan istiqamətindəki giriş qapısında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"VAZ-21015" markalı minik avtomobili Mingəçevir şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin "Fiat" markalı avtomobilini vurub. Hadisəyə səbəb şəhər istiqamətində sürətlə hərəkət edən "VAZ-21015" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.

Nəticədə "VAZ-21015"-in ön hissəsi yarasız hala düşüb. Post Patrul Xidmətinin avtomobilinin isə yan hissəsi əzilib.

Polislərdən zərər çəkən olmasa da, digər maşının sürücüsü yüngül bədən xəsarətləri alıb. Avtomobil isə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti