...

Şəkidə istirahət mərkəzi yanıb (VİDEO)

Hadisə Materials 13 Yanvar 2013 21:54 (UTC +04:00)
Trend "Kanal S" telekanalına istinadən xəbər verir ki, Şəkinin məşhur istirahət mərkəzlərindən birində yanğın hadisəsi baş verib.
Şəkidə istirahət mərkəzi yanıb (VİDEO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Trend "Kanal S" telekanalına istinadən xəbər verir ki, Şəkinin məşhur istirahət mərkəzlərindən birində yanğın hadisəsi baş verib. Yanğın zamanı istirahət mərkəzinin ümumi sahəsi 372 kv.m olan taxta konstruksiyalardan ibarət 5 kotec yanaraq külə dönüb.

Hadisə yerinə dərhal Şəki şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. İlkin olaraq yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. Faktla bağlı Şəki şəhər yanğından mühafizə hissəsində araşdırma aparılır.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti