...

Siyəzəndə qəza: 3 yaralı (FOTO)

Hadisə Materials 28 Yanvar 2013 07:57 (UTC +04:00)
Şabran-Siyəzən yolunda "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Siyəzəndə qəza: 3 yaralı (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Şabran-Siyəzən yolunda "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən-Şabran yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

43 yaşlı Siyəzən şəhər sakini Əlzaman Mürsəlovun idarə etdiyi 10 BC 165 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil qarşıdan gələn 32 yaşlı Siyəzən şəhər sakini Zəka Ələsgərovun idarə etdiyi 10 KX 028 qeydiyyat nişanlı "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı sürücülər və "VAZ 2107"-nin sərnişini 35 yaşlı Şabran rayonu, Ağalıq kənd sakini Nazim Şövlətov müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

"VAZ 2106"-nın sürücüsü Zəka Mürsəlovun vəziyyəti ağır olduğundan o, paytaxta gətirilib.

"VAZ 2107"-nin sürücüsü Əlzaman Mürsəlov hazırda palata şəraitində müalicə alır. Sərnişin Nazim Şövlətovun xəsarətləri yüngül olduğundan o, ambultor qaydada müalicəyə buraxılıb.

Qəza zamanı hər iki avtomobilin yüksək sürətlə idarə olunduğu bildirilir.

Hadisənin dəqiq başvermə səbəbləri Siyəzən rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti