...

Bakıda baş vermiş kütləvi davada öldürülmüş şəxsin qatili həbs olunub

Hadisə Materials 30 Yanvar 2013 13:42 (UTC +04:00)
Bakı şəhər sakini Vüqar Orucovu bıçaqla öldürmüş, qardaşı Bəxtiyara isə xəsarət yetirmiş şəxslərdən biri tutulub, digəri isə müəyyən edilib.
Bakıda baş vermiş kütləvi davada öldürülmüş şəxsin qatili həbs olunub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakini Vüqar Orucovu bıçaqla öldürmüş, qardaşı Bəxtiyara isə xəsarət yetirmiş şəxslərdən biri tutulub, digəri isə müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bakı şəhər sakini Vüqar Orucovu bıçaqla öldürmüş, qardaşı Bəxtiyara isə xəsarət yetirmiş Bakı şəhər sakini Emin Səfərov tutulub, Münasib Xəlilov isə müəyyən edilib.

Qeyd edək ki, Bakıda yanvarın 28-də gecə 22:00-23:00 radələrində Nərimanov rayonu ərazisində "Günəş" saunasının yaxınlığında bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanmışdı. Vüqar Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmiş, qardaşı Bəxtiyar Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti