...

Bakıda gəmi yandı, partlayışın qarşısı alındı

Hadisə Materials 8 Fevral 2013 09:32 (UTC +04:00)
Səbail rayonunda dalğıc gəmisinin göyərtəsində yanğın baş verib.
Bakıda gəmi yandı, partlayışın qarşısı alındı

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Səbail rayonunda dalğıc gəmisinin göyərtəsində yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə,

Bakı şəhəri, Səbail rayonunda istismara yararsız kəsilməkdə olan ümumi sahəsi 4125 kv.m olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yerləşən kayutların yanar konstruksiyaları 230 kv.m sahədə yanıb.

Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunub.

Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, əgər yanğın balonların olduğu hissəyə keçsə idi, yanğın dəhşətli partlayışa və daha böyük fəlakətə səbəb ola bilərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti