...

Həbsxanaya gizli yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 11 Fevral 2013 13:00 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həbsxanaya gizli yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, fevralın 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.4; 66-cı maddələri ilə təqsirli bilinərək 5 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vasif Tahir oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Almas Arif qızı Rzayevanın gətirdiyi sovqata baxış keçirilən zaman boz rəngli çantanın dibində gizlədilmiş 1 ədəd "BMW" markalı mobil telefon aparatı, 1 ədəd "Porsche" markalı mobil telefon aparatı və hər iki mobil telefonlar üçün elektrik qidalandırıcıları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti