...

Bakıda hündürmərtəbəli binanın inşası zamanı daha bir fəhlə ölüb

Hadisə Materials 11 Fevral 2013 14:19 (UTC +04:00)
Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 10-da Xətai rayonu ərazisindəki tikilməkdə olan binaların birində faciə baş verib. Belə ki, fəhlə işləyən Cəlilabad rayon sakini Şöhlət Fərəcov binanın 14-cü mərtəbəsindən yıxılaraq ölüb.
Bakıda hündürmərtəbəli binanın inşası zamanı daha bir fəhlə ölüb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Xətai rayonu ərazisində bir nəfər tikintisində işlədiyi binanın 14-cü mərtəbəsindən yıxılaraq ölüb.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 10-da Xətai rayonu ərazisindəki tikilməkdə olan binaların birində faciə baş verib. Belə ki, fəhlə işləyən Cəlilabad rayon sakini Şöhlət Fərəcov binanın 14-cü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü maddəsi (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti