...

Bakının Xətai rayonunda yol-nəqliyyat qəzasında 3 nəfər yaralanıb

Hadisə Materials 24 Fevral 2013 01:45 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqınada məlumat daxil olmuşdur.
Bakının Xətai rayonunda yol-nəqliyyat qəzasında 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqınada məlumat daxil olmuşdur. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə minik avtomobili ağır deformasiyaya uğramışdır.

Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfər yaralanı çıxardaraq aidiyyəti üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti