...

Bakının Xəzər rayonunda yol qəzası baş verib

Hadisə Materials 26 Fevral 2013 00:09 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (Binə körpüsünün yaxınlığında) sürücülərinin şəxsiyyəti məlum olmayan "Hyundai" markalı minik avtomobili və "Qazel" markalı yük avtomobili toqquşmuşdur.
Bakının Xəzər rayonunda yol qəzası baş verib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bakının Xəzər rayonunda yol qəzası baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda (Binə körpüsünün yaxınlığında) sürücülərinin şəxsiyyəti məlum olmayan "Hyundai" markalı minik avtomobili və "Qazel" markalı yük avtomobili toqquşmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "Hyundai" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü xəsarət almışdır.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.


Xəbər lenti

Xəbər lenti