...

Parisdə iki azərbaycanlının döyülməsi faktı üzrə cinayət işi qaldırıla bilər

Hadisə Materials 28 Fevral 2013 13:00 (UTC +04:00)
Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlının döyülməsi faktı üzrə cinayət işi qaldırıla bilər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər.
Parisdə iki azərbaycanlının döyülməsi faktı üzrə cinayət işi qaldırıla bilər

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir S.Ağayeva/

Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlının döyülməsi faktı üzrə cinayət işi qaldırıla bilər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər.

Xəsarət alanlar Mirvari Fətəliyeva və Vüsal Hüseynov bu gün Paris vaxtı ilə saat 11:00-da insidentlə bağlı ifadə verəcəklər.

"Bu məsələni ölkənin dövlət strukturlarının təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan Jandarmeriya öyrənəcək. Xəsarət alanlar ifadə verdikdən sonra onların bəyanatlarına prokurorluq tərəfindən baxılacaq. Məhz prokurorluq cinayət işinin qaldırılması və ya ondan imtina ilə bağlı məsələni həll edəcək", - diplomatik missiyadan deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti