...

Şirkətin külli miqdarda əmlakını talamış menecerə qarşı cinayət işi başlanıb

Hadisə Materials 5 Mart 2013 17:30 (UTC +04:00)
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD" MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb.
Şirkətin külli miqdarda əmlakını talamış menecerə qarşı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Özgə əmlakını talamış şəxs barəsində cinayət işi başlanıb.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD" MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb.

Müəyyən edilib ki, cəmiyyətin satış meneceri Emil Niftalıyevə etibar edilmiş malın 2012-ci ilin iyun-iyul ayları ərzində qalığının yoxlanması zamanı 18 935 manat məbləğində çatışmazlıq aşkar edilib. Cəmiyyət tərəfindən keçirilmiş audit yoxlaması zamanı həmin çatışmazlıq təsdiqini tapıb.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti