...

Ukraynada teplovozla mikroavtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb

Hadisə Materials 9 Mart 2013 20:31 (UTC +04:00)
Ukraynada teplovozla mikroavtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, bu haqda Ukraynanın fövqəladə hallar üzrə dövlət xidməti xəbər yayıb.
Ukraynada teplovozla mikroavtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Ukraynada teplovozla mikroavtobusun toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, bu haqda Ukraynanın fövqəladə hallar üzrə dövlət xidməti xəbər yayıb.

Hadisə bu gün Vlasovka Kirovoqradsk vilayətində baş verib.

Məlumatda bildirilir ki, "Mersedes sprinter" markalı mikroavtobus dizel yanacağı daşıyan teplovozla toqquşub.

Nəticədə avtobusdakı qadın və kişi ölüb, 3 nəfər isə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, ilin əvvəlindən Ukraynada avtomobil qəzaları nəticəsində 500 insan həlak olub.

Xəbər lenti

Xəbər lenti