...

Bakıda keçmiş məhkum külli miqdarda narkotik vasitə ilə tutuldu

Hadisə Materials 11 Mart 2013 11:06 (UTC +04:00)
Yasamal rayonunda külli miqdarda narkotik vasitə aşkar edilib.
Bakıda keçmiş məhkum külli miqdarda narkotik vasitə ilə tutuldu

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda külli miqdarda narkotik vasitə aşkar edilib.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Qədimov Asif Balaqardaş oğlundan 443, 617 qr. narkotik vastilə olan heroin və 3 kq 510 qr marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində 234.4.4-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti