...

Ağdaşda evdə yanğın zamanı 79 yaşlı kişi ölüb

Hadisə Materials 13 Mart 2013 19:09 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli tikintisi başa çatmamış evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları yanıb.
Ağdaşda evdə yanğın zamanı 79 yaşlı kişi ölüb

Azərbaycan, Bakı, 13 mart /Trend/

Ağdaşda evdə baş vermiş yanğın zamanı 79 yaşlı kişi ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli tikintisi başa çatmamış evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1934-cü il təvəllüdlü Abdulrəhimov Ənvər Məhəmməd oğlunun meyiti aşkar olunub.

Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti