...

Bərdədə baş mühasib intihar edib

Hadisə Materials 16 Mart 2013 19:16 (UTC +04:00)
Martın 16-da səhər saatlarında Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət baytarlıq xidmətinin Bərdə rayon baytarlıq idarəsində baş mühasib vəzifəsində işləyən, 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu kəndin qəbirstanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib.
Bərdədə baş mühasib intihar edib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Martın 16-da səhər saatlarında Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət baytarlıq xidmətinin Bərdə rayon baytarlıq idarəsində baş mühasib vəzifəsində işləyən, 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu kəndin qəbirstanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı rayon prokurorluğunun, rayon polis şöbəsinin əməkdaşlarının və məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.

Baxış zamanı Vəliş Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib.

Həmin məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini, həmçinin alacağı və borcunun olmadığını göstərib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti