Azərbaycan, Şirvan, 18 mart /Trend, müxbir T.Əliyev/
Şirvan şəhərində qonşuların mübahisəsi ölümlə nəticələnib. Trend-in bölgə müxbirinin məlumatına görə, bu gün saat 19:30 radələrində qonşular arasında silahlı insident baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Belə ki, silahlı insident zamanı Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib. Onun qardaşı 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu və 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu güllə yarası ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, silahlı insident şəxsi mübahisə zəminində baş verib. Qonşuları güllələyən şəxsin kimliyi hələ açıqlanmır və onun tutulması üçün axtarışlar davam edir.