...

Masazır qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb, yaşayış binaları təhlükə altındadır

Hadisə Materials 25 Mart 2013 16:46 (UTC +04:00)
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki sürüşmə zonasında aktivlik müşahidə edilir. Bu barədə Trend-ə Ekologuya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
Masazır qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb, yaşayış binaları təhlükə altındadır

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İsabalayeva/

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki sürüşmə zonasında aktivlik müşahidə edilir. Bu barədə Trend-ə Ekologuya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Əmiraslanov bildirib ki, son bir həftədə müşahidə edilən aktivliyə görə bir yaşayış binasının bünövrəsinin altı 80 sm-ə qədər gedib.

Onun sözlərinə görə, sürüşməyə səbəb çirkab sularının axıdılmasıdır.

"Masazırda sürüşmə zonası həmişə mövcud olub. Orada kanalizasiya sistemi olmadığından və yaxud varsa belə yaxşı işləmədiyindən, yamac boyu çirkab suları axıdılır. Bununla bağlı nazirlik akt hazırlayaraq müvafiq qurumlara təqdim edib", deyə Əmiraslanov bildirib.

Onun sözlərinə görə, sürüşmə zonasında aktivlik davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti