Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Sumqayıt gömrükçüləri Azərbaycana qanunsuz gətirilmiş 152 ədəd spirtli içki aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycana qanunsuz gətirilmiş 152 ədəd spirtli içki aşkar edilib.
Gömrükçülər Rusiya aksizi ilə markalanmış 72 ədəd 0,75 litrlik "Kremlin", 80 ədəd 0,75 litrlik "Stolichnaya" markalı spirtli içkilər aşkar edərək saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.