...

Ucarda 3 yaşlı uşaq su arxında boğulub

Hadisə Materials 30 Mart 2013 12:55 (UTC +04:00)
Ucar rayonunun Qazyan kəndində bədbəxt hadisə baş verib.
Ucarda 3 yaşlı uşaq su arxında boğulub

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/

Ucar rayonunun Qazyan kəndində bədbəxt hadisə baş verib.

Trend "EL TV"-yə istinadən xəbər verir ki, martın 29-da Ucar rayonunun Qazyan kənd sakini Mehman Kərimovun evinə qonaq gələn qızının üç yaşlı övladı Fidan Haşımova ehtiyatsızlıqdan evin yaxınlığından keçən su arxına düşüb.

Təxminən axşam saat 17:00 radələrində həyətdə oynayan azyaşlı bir saatdan sonra yoxa çıxıb. Bundan narahat olan yaxınları və qonşuları qızcığazın yaxınlıqdan keçən su arxına düşməsindən şübhələniblər. Təxminən yarım saata qədər suda qalan uşaq babası tərəfindən ölü vəziyyətdə tapılıb.

3 yaşlı körpə ehtiyatsızlıq edərək arxın daim su götürülən hissəsinə yaxınlaşıb və yıxılıb. Su arxının dərinliyi 2 metrə yaxın olduğundan heç kim onun səsini də eşitməyib.

Qeyd edək ki, Kərimovlar ailəsi toya hazırlaşırmış. Bir gündən sonra mərhumun dayısı İlham Kərimovun toyu olacaqmış.

Hazırda faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti