...

Bakı bulvarında bir nəfər intihara cəhd edib

Hadisə Materials 30 Mart 2013 14:10 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, martın 30-da saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 3,5 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atıb.
Bakı bulvarında bir nəfər intihara cəhd edib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/

Dənizkənarı Milli Parkda intihar məqsədilə özünü dənizə atan şəxs xilas edilib.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, martın 30-da saat 10:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə (ən yaxın xilasetmə məntəqəsindən 3,5 km aralıda) bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb və vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti