...

Bakı sahillərində balıqçı qayığı batma təhlükəsi ilə üzləşib

Hadisə Materials 2 Aprel 2013 17:19 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı sahillərində batmaqda olan balıqçı qayığını xilas ediblər.
Bakı sahillərində balıqçı qayığı batma təhlükəsi ilə üzləşib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakı sahillərində batmaqda olan balıqçı qayığını xilas ediblər.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, bu gün Bakı şəhəri, Xəzər rayonu ərazisindən yelkənli qayıqla dənizə çıxmış 1 nəfər "Buzovna" sularda xilasetmə məntəqəsinin ərazisində qayığın balıqçı toruna ilişməsi səbəbindən batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat uğurla başa çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti