...

Türkiyədə kürd partiyasının üzvlərinin olduğu avtobus aşıb

Hadisə Materials 5 Aprel 2013 09:56 (UTC +04:00)
Türkiyənin Konya vilayətində kürdyönümlü Sülh və Demokratiya Partiyasının (SDP) üzvlərini daşıyan avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.
Türkiyədə  kürd partiyasının üzvlərinin olduğu avtobus aşıb

Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Konya vilayətində kürdyönümlü Sülh və Demokratiya Partiyasının (SDP) üzvlərini daşıyan avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.
Yol qəzası nəticəsində 34 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağır kimi qiymətləndirilir. Xəbər verilir ki, qəza SDP-nin üzvlərinin Şanlıurfada PKK lideri Abdullah Öcalanın ad gününə həsr olunmuş tədbirdən qayıdarkən baş verib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Baş vermiş insidentin səbəblərinin araşdırılması üçün hadisə yerində təhqiqat aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti