...

Bakıda qanunsuz dərman preparatları və qida əlavələri satan şəxs saxlanılıb

Hadisə Materials 13 Aprel 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Nəsimi rayonu ərazisində yaşayan Yardımlı rayon sakini qanunsuz dərman preparatlarını və digər qida əlavələrini satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində kirayədə yaşayan Yardımlı rayon sakini Sahib Zeynalov 12 qutu "Panax Set", 10 qutu "Mavi Boncuk" dərman preparatlarını və digər qida əlavələrini 580 manata satarkən saxlanılıb.

Zeynalovun evinə baxış zamanı oradan əlavə 1518 ədəd "Panax Set", "Mavi Boncuk" qida əlavələri, 693 qutu və xeyli sayda holoqramlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti