...

Bakıda qonşu qatili yaxalandı

Hadisə Materials 17 Aprel 2013 14:46 (UTC +04:00)
Münaqişə zəminində qonşusunu qətlə yetirmiş paytaxt sakini tutulub.
Bakıda qonşu qatili yaxalandı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Münaqişə zəminində qonşusunu qətlə yetirmiş paytaxt sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da Səbail rayonu Ə.Nəzmi küçəsində yaşayan Sergey Apışev sərxoş halda münaqişə zəminində qonşusu Renat Xəlilovu bıçaqla qətlə yetirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Apışev tutulub.

Faktla bağlı cinayət işi açılıb. İlkin yoxlama Səbail rayon Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti