...

Əfqanıstanda içərisində Türkiyə vətəndaşlarının olduğu helikopter düşüb

Hadisə Materials 22 Aprel 2013 09:38 (UTC +04:00)
İçərisində Türkiyə vətəndaşlarının da olduğu sərnişin helikopteri Əfqanıstanın Loqar əyalətinin Azər rayonunda qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər verib.
Əfqanıstanda içərisində Türkiyə vətəndaşlarının olduğu helikopter düşüb

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir A.Tağıyeva /

İçərisində Türkiyə vətəndaşlarının da olduğu sərnişin helikopteri Əfqanıstanın Loqar əyalətinin Azər rayonunda qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, helokopterdə ikisi Türkiyə, üçü ABŞ və dördü Əfqanıstan vətəndaşı olmaqla doqquz nəfər olub.

Helikopterin sərnişinlərinin hamısının sağ olduqları barədə məlumat olsa da, onların taliblər tərəfindən əsir götürülmələri barədə ehtimallar da mövcuddur. Hadisənin təfərrüatları Türkiyənin Əfqanıstandakı səfirliyi tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti