...

Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 24 Aprel 2013 10:57 (UTC +04:00)
Aprelin 23-də axşam saatlarında Bakının Yasamal rayonunda "Caspian Plaza" Biznes Mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 23-də axşam saatlarında Bakının Yasamal rayonunda "Caspian Plaza" Biznes Mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri Kliniki Tibbi Mərkəzə, digəri isə Bakı Şəhər Travmatoloji və və Ortopedik Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya səbəb meteoroloji şərait, yəni yağan güclü yağış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti