...

Bakı və Gəncə sakinlərinin qadınların fahişəliyə cəlb etməsi faktları aşkarlanıb

Hadisə Materials 1 May 2013 13:36 (UTC +04:00)
Bakı şəhər sakini Pərvinə Əliyeva və Gəncə şəhər sakini Gülnaz Hüseynova qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.
Bakı və Gəncə sakinlərinin qadınların fahişəliyə cəlb etməsi faktları aşkarlanıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakini Pərvinə Əliyeva və Gəncə şəhər sakini Gülnaz Hüseynova qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki,

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Pərvinə Əliyeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Gülnaz Hüseynova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti