Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Bakıda Dənizkənarı Bulvarda bir nəfər suda batmaq təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində 1988-ci il təvəllüdlü 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, məlumatda həmin şəxsin kimliyi açıqlanmır.