...

Qəzzadan İsrailə raket cavabı

Hadisə Materials 3 May 2013 01:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

İsrail dövlət radiosu Qəzzadan atılan iki raketin ölkənin cənubundakı Negev şəhərinin Eşkul bölgəsinə düşdüyü barədə məlumat yayıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, ordudakı mənbələr Eşkul yaşayış məntəqəsindəki boş sahəyə düşən raketlərin insan tələfatı və dağıntılara səbəb olmadığını bildiriblər.

Qeyd edək ki, İsrail vertolyotları bu gün Qəzzadakı boş əraziləri bombalamışdı.

Xəbər lenti

Xəbər lenti