...

Bakıda sərnişin qatarı ilə yük avtomobili toqquşub, xəsarət alanlar var

Hadisə Materials 8 May 2013 01:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gecə saat 23:00 radələrində Bakıda sərnişin qatarı ilə yük avtomobili toqquşub.

Trend-in məlumatına görə, hadisə dəmiryolun Pirşağı-Kürdəxanı mənzilinin 29-cu kilometrində qeydə alınıb. Bakıdan Moskvaya hərəkət edən qatar yük avtomobili ilə toqquşub.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Trend-ə faktı təsdiqləyiblər.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti