...

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri avtomobil qəzasına düşüb

Hadisə Materials 15 May 2013 11:22 (UTC +04:00)
"Türkiyə-Azərbaycan" parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Parlamentinin Ədalət və İnkişaf Partiyasından deputatı Necdət Ünüvar Ankarada avtomobil qəzasına düşüb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri avtomobil qəzasına düşüb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A. Tağıyeva/

"Türkiyə-Azərbaycan" parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Parlamentinin Ədalət və İnkişaf Partiyasından deputatı Necdət Ünüvar Ankarada avtomobil qəzasına düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Ötən gecə deputatın avtomobili avtobusla toqquşub. Nəticədə Ünüvar xəsarətlər alıb. Lakin hazırda onun həyatı üçün təhlükə yoxdur.

Ünüvar Atatürk adına xəstəxanaya yerləşdirilib. Hadisə yerində istintaq qrupu çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti