...

Tovuzda "qarışıq mallar idxalçısı"nın qaçaqmal sevdası baş tutmadı

Hadisə Materials 16 May 2013 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Namiq Cabbarovun idarə etdiyi "Mercedes Benz 518CiD" markalı mikroavtobusa gömrük baxışı zamanı həmin avtobusun salonunda gömrük nəzarətindən gizlədilmiş xeyli miqdarda müxtəlif mallar aşkar edilib.

Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən nəqliyyat vasitəsinin salonunda olan ərzaq yükünün altından 14 ədəd qutuda - "I-Phone 4S", "Samsung Galaxy S III", "BML mini 9300" və "Nokia N9" markalı, cəmi 666 ədəd mobil telefon və müxtəlif markalı mobil telefonlara aid aksesuarlar: 340 ədəd "qulaqcıq", 315 ədəd qidalandırma cihazı, 325 ədəd USB-kabel və 1900 ədəd mobil telefon üçün korpus aşkar edilib.

Bundan başqa, həmin avtobusun salonunda 28 ədəd qutuda - "Mary Kay" , "Bourjous", "Pupa" , "L'Oreal", "MaxFactor", "Maybelline", "IsaDora" və "Avon" şirkətlərinin istehsalı olan müxtəlif çeşiddə, müxtəlif adda parfümeriya və kosmetik vasitələr, eyni zamanda, müxtəlif adda aksesuarlar: 27 ədəd makiyaj fırçası, 12 ədəd güzgü, 10 ədəd "Mary Kay" kataloqu, 8 ədəd kosmetika çantası, 5 ədəd üzük, 4 ədəd qadın əl çantası, 2 ədəd kulonlu boyunbağı, 2 ədəd çətir, 1 ədəd şarf və s. belə mallar aşkar olunub.

Lakin bu da sözügedən avtobusda gömrük nəzarətindən gizlədilmiş "qarışıq mallar"ın tam siyahısı deyil. Belə ki, gömrük əməkdaşları avtobusun ön hissəsində, sürücü və sərnişin oturacaqlarının altından isə 10 ədəd 0,5 litrlik şüşə qabda "Verşina", 11 ədəd 0,5 litrlik şüşə qabda "Parliament" və 1 ədəd 1,0 litrlik şüşə qabda "Аrаx" adlı spirtli içkilər də aşkar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti