...

Bakı-Sumqayıt yolunda "Mercedes" markalı avtomobil hasara çırpılıb, xəsarət alan var

Hadisə Materials 17 May 2013 09:11 (UTC +04:00)
Sumqayıtın Bakı-Sumqayıt yolunda "Mercedes" markalı minik avtomobili hasara çırpılıb.
Bakı-Sumqayıt yolunda "Mercedes" markalı avtomobil hasara çırpılıb, xəsarət alan var

Azərbaycan, Bakı, 17 may /Trend/

Sumqayıtın Bakı-Sumqayıt yolunda "Mercedes" markalı minik avtomobili hasara çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində sürücü və sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə "Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti