Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Türkan qəsəbə sakinindən 1 ədəd "AK-74" markalı silah götürülüb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müxalif Balayevdən 1 ədəd "AK-74" markalı silah götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.