...

Bakıda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 25 May 2013 15:07 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə bu gün Zabrat qəsəbəsində baş verib.
Bakıda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:50-də yayılıb)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Bakıda şənbə günü yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə bu gün Zabrat qəsəbəsində baş verib.

İki sərnişin avtobusu (166 və 148 saylı) və "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti