Azərbaycan, Bakı, 30 may /Trend/
Türkiyənin Adıyaman əyalətində avtobusun körpüdən aşması nəticəsində 10 nəfər ölüb, 13 nəfər yaralanıb. Bu barədə Trend "Doğan" agentliyinə istinadən məlumat verir.
Avtobus təkəri partlaması nəticəsində idarəetməni itirib və körpüdən uçuruma yuvarlanıb.
Qəza nəticəsində 6 qadın hadisə yerində, digər 4 qadın isə xəstəxanada aldıqları xəsarətlər nəticəsində ölüblər.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.