Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/
Bakıda 30 yaşlı qadın qaynı tərəfindən öldürülüb.
Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 29-da saat 23:00 radələrində Maştağa qəsəbəsi Mirəliyev küçəsi 82 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Quliyeva Əzəmət Nurəddin qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. 30 yaşlı qadının bıçaqlanaraq qətlə yetirildiyi müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, onu öldürən qaynı, 1967-ci il təvəllüdlü Quliyev Rəfail Balakərim oğludur.
Quliyev şübhəli şəxs qismində saxlanılıb.
Sabunçu rayon Porkurorluğundan Cinayət Məcəlləsinin 121.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırma aparılır.