...

Qobustanda ağır qəza: 2 nəfər ölüb, 3-ü yaralanıb

Hadisə Materials 3 İyun 2013 13:59 (UTC +04:00)
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Qobustanda ağır qəza: 2 nəfər ölüb, 3-ü yaralanıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 3-də saat 02.45 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəlil Murtuzov idarə etdiyi "BMW" markalı avtomaşını yolun kənarında saxlanılmış Lənkəran rayon sakini Cəlil Qasımova məxsus "KamAZ" markalı avtomaşının qoşqusuna vurub.

Nəticədə Murtuzovun sərnişinlərindən Bakı şəhər sakinləri Elçin Nəzirov, Vüsalə Nəzirova hadisə yerində ölüblər, xəsarət almış özü və digər sərnişinləri - Humayıl Nəzirli və Murad Nəzirli isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti