...

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

Hadisə Materials 3 İyun 2013 22:17 (UTC +04:00)
Xaçmaz rayonu, Ləcət kəndində vətəndaş məxsus “Mersedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib.
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Ləcət kəndində vətəndaş məxsus "Mersedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb və sürücü 1990-cı il təvəllüdlü Hüseynov Camal Səhram oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti