...

İranda baş vermiş zəlzələ "Buşehr" AES-ə zərər vurmayıb

Hadisə Materials 4 İyun 2013 23:34 (UTC +04:00)
İranda baş vermiş zəlzələ "Buşehr" AES-ə zərər vurmayıb. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verib.
İranda baş vermiş zəlzələ "Buşehr" AES-ə zərər vurmayıb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İranda baş vermiş zəlzələ "Buşehr" AES-ə zərər vurmayıb. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verib.

Məlumatda deyilir ki, diplomatik mənbələrin yaydıqları xəbərə görə, İranın cənubunda baş vermiş güclü zəlzələlər nəticəsində "Buşehr" AES-in istinad divarları dağılıb. Vurğulanıb ki, hətta, divarlarda çatlar da yaranıb.

Lakin "Rosatom"un açıqlamasında bildirilir ki, söylənilənlərin əsası yoxdur.

"Baş vermiş zəlzələlər "Buşehr" AES-ə hər hansı zərər vurmayıb. Stansiyada hər şey normaldır və onun fəaliyyətinə mənfi təsir olmayıb. Hazırda "Buşehr" AES-in işə düşməsi üçün hazırlıq işləri aparılır" - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti