...

Türkiyədə uşaqların kütləvi zəhərlənməsi qeydə alınıb

Hadisə Materials 12 İyun 2013 09:41 (UTC +04:00)
Türkiyənin Kırıkkale vilayətində türk dili üzrə olimpiyada da iştirak edən uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Türkiyədə uşaqların kütləvi zəhərlənməsi qeydə alınıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Kırıkkale vilayətində türk dili üzrə olimpiadada iştirak edən uşaqlar arasında kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Habertürk" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, kütləvi zəhərlənmə nəticəsində 100 uşaq xəstəxanaya çatdırılıb. Zəhərlənmə olimpiada iştirakçıları arasında paylanılan içkilər və toyuq ətindən hazırlanan yeməklərdən olub.

Kütləvi zəhərlənmə faktı ilə əlaqədar olaraq cinayət işi qaldırılıb. Qeyd edək ki, zəhərlənən uşaqlar arasında xarici ölkə vətəndaşları yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti