...

İrandan Azərbaycana daxil olan avtobusda psixotrop maddə aşkar edildi

Hadisə Materials 13 İyun 2013 15:46 (UTC +04:00)
İrandan Azərbaycana daxil olan avtobusda psixotrop maddə aşkar edilib.
İrandan Azərbaycana daxil olan avtobusda psixotrop maddə aşkar edildi

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İrandan Azərbaycana daxil olan avtobusda psixotrop maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasının vətəndaşları - Məhbub Qəhrəmani və Fərbud Radfar idarə etdikləri "MAN" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycana gələrkən həmin avtobus gömrük nəzarətindən keçirilib və bu zaman avtobusun oturacaqlarının üzərindəki polietilen bağlama diqqəti cəlb edib.

Həmin bağlamaya baxış zamanı isə onun içərisində kustar üsulla hazırlanmış və üzərinə şəkil həkk olunmuş çərçivənin arasında 1 ədəd polietilen paketdə xalis çəkisi 51,3 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti