...

Bakı-Şamaxı-Yevlax yolunda iki avtomobil toqquşub, ölən var

Hadisə Materials 20 İyun 2013 19:21 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunun 123-km də yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı-Yevlax yolunda iki avtomobil toqquşub, ölən var

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bakı-Şamaxı-Yevlax yolunun 123-km də yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Avtomobillərdən birinin digər avtomobilin yoluna çıxması qəzanı qaçılmaz edib. Şamaxı rayon sakini Anar Paşayevin idarə etdiyi "Mercedes" markalı avtomaşınla həmyerlisi Yusifov Sədailin idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub.

A.Paşayev yoldan keçən maşınları gözlədiyi anda əks istiqamətdə gələn digər avtomobil elə gəldiyi sürətlə onun avtomobilinə çırpılıb. Toqquşma o qədər güclü olub ki, VAZ-2107 markalı avtomaşının sürcüsü Sədail Yusifov elə hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olan 3 nəfər hadisədən hər hası bir xəsarət almadan xilas olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti