...

Türkiyəli sürücü Zaqatalada qəza törədib: ölən və yaralanan var

Hadisə Materials 27 İyun 2013 12:51 (UTC +04:00)
Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Türkiyəli sürücü Zaqatalada qəza törədib: ölən və yaralanan var

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Zaqatala rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 26-da saat 08.30 radələrində Zaqatala rayonunun Mazıx kəndi ərazisində Türkiyə vətəndaşı Ahmet Bilseloğlu idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Mazıx kənd sakini Yadigar Buşdiyevanı vurub. NəticədəBuşdiyeva hadisə yerində ölüb. Xəsarət almış sürücü Bilseloğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti