...

16 yaşlı yeniyetmənin meyiti tapılıb, dənizdə batan 3 nəfər isə xilas edilib

Hadisə Materials 10 İyul 2013 00:49 (UTC +04:00)
İyulun 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda) batmış 1997-ci il təvəllüdlü Qurbanəli Malik oğlu Məmmədovun axtarışları başa çatıb. Q.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1,8 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
16 yaşlı yeniyetmənin meyiti tapılıb, dənizdə batan 3 nəfər isə xilas edilib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

16 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb, batmaq təhlükəsi üzləşmiş 3 nəfər xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda) batmış 1997-ci il təvəllüdlü Qurbanəli Malik oğlu Məmmədovun axtarışları başa çatıb. Q.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1,8 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Pirşağı" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib və FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-3" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər ayağının qıc olması səbəbindən batmaq təhlükəsi ilə üzləşib və nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Sumqayıt şəhəridə dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti