Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/
Şəmkir rayonu ərazisindəki əkin sahəsində "ZiL" markalı avtomaşına ot yükləyən rayon sakinini elektrik cərəyanı vurub və yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 13-də saat 18:00 radələrində Şəmkir rayonunun Keçili kəndi ərazisindəki əkin sahəsində Gədəbəy rayon sakini Qüdrət Alməmmədova məxsus "ZiL" markalı avtomaşına ot yükləyən Təzəkənd kənd sakini Vüsal Həsənovu elektrik cərəyanı vurub və yanğın baş verib.
Nəticədə avtomaşının yanar konstukisiyaları, oraya yığılmış ot, habelə 3 hektar sahədə kol-kos yanıb.
Həsənov isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.